Həftənin sonuncu “Açıq mikrofon” aksiyası Tovuz rayonunda keçirilib.

"Unikal" xəbər verir ki, Azaflı kəndində baş tutan “Səyyar qəbul otağı”nda ümumilikdə 6 müraciət ünvanlanıb. Bunlardan da 4-ü fərdi yaşayış evinin qazlaşdırılmasına aid olub. Fərdi qazlaşma ilə bağlı müraciətlərə cavab olaraq  məlumat verilib ki, SOCAR-ın “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin şəxsi vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Digər 2 müraciət isə köhnə qaz xətlərinin və qaz sayğacının yenisi ilə əvəzlənməsindən ibarət olub. Şəmkir RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.