Çuvaşiyanın keçmiş nəqliyyat naziri Vladimir Osipov saxlanılıb.
"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bu gün səhər regional idarənin keçmiş rəisi Çeboksarıdakı evində saxlanılaraq Rusiyanın Çuvaşiya üzrə İstintaq Komitəsinə aparılıb. Hazırda Osipova qarşı hansı ittihamların irəli sürüldüyü dəqiqləşdirilir.
Xatırladaq ki, Osipovun oğlu Artyom Çeboksarıda yolları təmir edən şirkət vasitəsilə on milyonlarla büdcə rublunu mənimsəməkdə şübhəli bilinir. Bu barədə məlumatlardan sonra Vladimir Osipov öz istəyi ilə vəzifəsindən istefa verib.
Nuranə Abbasova