İsrail Hərbi Hava Qüvvələri Livanda yerləşən Hizbullah hədəflərinə zərbələr endirib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri gün ərzində İsrail dövlətinə edilən atışlara cavab olaraq Livandakı “Hizbullah” terror təşkilatının terror infrastrukturuna qırıcı təyyarələr, döyüş helikopterləri və artilleriya atəşi ilə hücum edib”, - deyə İsrail ordusu bildirib.
Eyni zamanda İDF qeyd edib ki, İsrail qırıcısı Malkiya kəndi ərazisində hücum həyata keçirib.
Bundan əvvəl Livanda yerləşən “Hizbullah” silahlı qruplaşmasının Cəl Əl-Allam və Əl-Mərc bölgələrində İsrail Müdafiə Qüvvələrinin (IDF) mövqelərinə zərbə endirdiyi barədə məlumat yayılıb . Qeyd olunur ki, zərbələr “Qəzza zolağında möhkəm Fələstin xalqına və onların cəsarətli və nəcib müqavimətinə dəstək məqsədilə” saat 16:00-da həyata keçirilib.
Noyabrın 22-də Hizbullah Livanla sərhəddə İsrailin mövqelərinə hücum edib. Son zərbə isə Beyt Hillel bölgəsindəki ordu bazasına endirilib. Şiə qüvvələri bu hərbi obyekti “Qrad” reaktiv raket sistemindən istifadə edərək atəşə tutublar.