ÜST-nin Azərbaycandakı Ofisi Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsi çərçivəsində Milli Konfransa ev sahibliyi edir. 

"Unikal" xəbər verir ki, bu barədə Respublika Perinatal Mərkəzi məlumat yayıb.

Beynəlxalq mütəxəssis qrupu, Gürcüstan, Qazaxıstan və Türkiyədən proqram üzrə məsul şəxslər özəl sektor, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, yerli qurumlardan TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və digərləri iştirak edib.

3 gün davam edən tədbirin məqsədi antimikrob preparatlara qarşı davamlılıq, infeksiyaların profilaktikası və infeksion nəzarəti, “Vahid Sağlamlıq” barədə maarifləndirməni artırmaq, bu sahələrdə çalışan agentliklər, qurumlar və təşkilatlar arasında əməkdaşlığı gücləndirmək, COVID – 19 və digər səhiyyədə fövqəladə hallarda öyrənilmiş dərsləri bölüşməkdir.