"Pakistan regionda baş verən bütün məsələlərdə Azərbaycanı dəstəkləyir".
"Unikal" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Baş naziri Ənvər-ul-Xak Kakar Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) deyib.
"Pakistanın Azərbaycanla qardaşlıq münasibətləri var. Bizim güclü iqtisadi əlaqələrimiz var, biz müdafiə və strateji əməkdaşlığı inkişaf etdiririk. Müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq edirik", - o bildirib.