Mart ayında Rusiyada qeyri-demokratik görünən seçkilər nəticəsində Vladimir Putin nəhayət ki, dövlət lideri kimi legitimliyini itirəcək.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski "Associated Press"ə müsahibəsində deyib.
Onun sözlərinə görə bu, müharibədə dönüş nöqtəsi ola bilər: "Biz başa düşürük ki, Rusiyada seçkilər qeyri-demokratik keçirilir. Necə getməsinin fərqi yoxdur, nəticənin necə olacağını hamı bilir".
Onun fikrincə, Qərb dünyası Kiyevin xatırlatmaları olmadan özü başa düşməlidir ki, Rusiya seçkilərinin qeyri-demokratik mahiyyətinə görə onları tanımağa ehtiyac yoxdur.
Ağarza Elçinoğlu