Son 20 il ərzində ən isti dekabr ayı 2010-cu ildə qeydə alınıb. Bakıda havanın orta aylıq temperaturu müsbət 12 dərəcə olub ki, bu da iqlim normasından 5.1 dərəcə yüksəkdir.

"Unikal" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ən soyuq dekabr ayı isə 2002-ci ildə qeydə alınıb. Havanın orta aylıq temperaturu Bakıda 2 dərəcə isti olub ki, bu da iqlim normasından 5 dərəcə aşağıdır.

 

Qeyd olunub ki, 2023-cü ilin dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.