NATO-nun baş katibi Yens Stoltenberq Ukraynadan “pis xəbər” almağa hazır olmağa çağırıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Stoltenberqin sözlərinə görə, son aylarda cəbhədə ciddi irəliləyiş yoxdur.

"Biz pis xəbərlərə də hazır olmalıyıq. Cəbhədə vəziyyət daha da pisləşəcək. Kiyevi həm yaxşı gündə, həm də pis gündə dəstəkləmək lazımdır", - deyə Soltenberq qeyd edib.