Puta qəsəbəsində evlərdən 2500 manatlıq oğurluq olub.

DİN-in mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Puta qəsəbəsində ayrı-ayrı vaxtlarda iki evdən 2500 manat pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.