Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 220 m² olan birmərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

"Unikal" FHN-nin saytına istinadən xəbər verir ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Həmçinin, Masallı rayonu, Əminli kəndində ümumi sahəsi 105 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 75 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.