Pakistanın Pəncab əyalətinin Lahor şəhərində polis 90 nəfərin böyrəyini satan dəstənin 3 üzvünü yaxalayıb.
"Unikal" xəbər verir ki, Lahor polis rəisinin müavini Səddar Sidra Xan mətbuata verdiyi açıqlamada kəndlərdə yaşayan yoxsulları iş verəcəyi vədi ilə aldadaraq böyrəklərini satan şəxslərin tutulduğunu açıqlayıb.
Xan dəstə üzvlərinin əvvəlcə işləmək vədi ilə kəndliləri İslamabada gətirdiyini ifadə edərək, “Burada kəndlilər məcburi tibbi müayinədən keçirilir və xaricdə işləmək üçün xüsusi fermada böyrəkləri çıxarılır” deyib.
Dəstənin böyrəyini 2,5-5 milyon rupi (təxmini 15-30 min AZN) civarında zəngin insanlara satdığını bildirən Xan, qurbanların iqtisadi cəhətdən imkansız qruplar olduğuna diqqət çəkib. Polis indiyə qədər 90 nəfərin böyrəyinin satıldığını müəyyən etdiklərini və əməliyyatı edən həkimlərin də çağırıldığını bildirib.