Nigeriya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus helikopter Kaduna əyalətində bir kəndi səhvən bombalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi (NEMA) məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində 85 nəfər həyatını itirib.
"Hərbi helikopter Mövlud şənliyinə toplaşan Tudun kəndini bombalayıb. Hadisə zamanı onlarla insan ölüb, yaralılar var", - məlumatda deyilir.
Tudun Biri kəndinin rəsmilərindən Mallam Camalu həyatını itirənlərin əksəriyyətinin qadın və uşaqların olduğunu qeyd edərək, hadisə nəticəsində 50-dən çox insanın yaralandığını bildirib. Yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildirən Camalu, ölənlərin sayının artacağından narahatlığını ifadə edib.