Son zamanlar qəribə hərəkətləri ilə diqqət çəkən amerikalı müğənni Britni Spirsə nadir psixi xəstəlik diaqnozu qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə sağlamlığı müdafiə edən “Akathisia Alliance for Education and Research” səhifəsi məlumat yayıb.
Bildirilir ki, mütəxəssislər sənətçinin qeyri-adi davranışlarını nadir hallarda rast gəlinən ruhi xəstəlik ola biləcəyini irəli sürüb. Beləliklə, qrupun fikrincə, Spirsdə akatiziya var - bu xəstəlik daim hərəkət etmək istəyinə səbəb olur.
Qeyd olunur ki, bu ruhi xəstəlik müğənninin bir vaxtlar psixi xəstəxanada müalicə olunarkən istifadə etdiyi xüsusi dərmanlar qəbul etməklə də yarana bilər.
Bundan əlavə, tədqiqat qrupu izah edib ki, akatizi yalnız həddindən artıq yüksək səviyyədə narahatlıq və gərginliyə səbəb deyil, həm də intihara səbəb ola bilər.