Məşhur müğənni Hadisənin "Galatasaray" klubunun mərakeşli ulduzu Hakim Ziyeşlə eşq yaşadığı iddia edilib.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Dries Mertens və həyat yoldaşı Kat Kerkhofsun evində şam yeməyində görüşüb. Onlar yaxın ətraflarına "Eyni dildə danışırıq, bu dəfə tamamilə fərqliyik" deyə açıqlama belə veriblər.

İkilinin holland dilini bilməsi və Hadisənin davamlı olaraq “Galatasaray” matçlarına getməsi, sarı-qırmızılıların qələbələrini tez-tez paylaşması münasibəti təsdiqləyir.