Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Unikal"a Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Xatırladaq ki, noyabrın 16-da tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilib.