Tailandda alternativ tibb müalicəsi alan "Game" ləqəbli model həzm sisteminə faydalı olan istilik müalicəsi zamanı yanıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qarın nahiyəsində dərman bitkiləri yandırılan modelin bədənində 3-cü dərəcəli yanıqlar yaranıb.
"Phao Ya" adlı istilik müalicəsi klinikaların birində baş tutub.
Həkim qarışığı alovlandırmaq üçün alışqanı yandıranda alov qəfildən modelin paltarını və onun olduğu plastik örtüyü bürüyüb. Model ağrılar içində çarpayıdan yıxılıb. Klinikadakı tibb bacıları alovu yastıq və yorğanla söndürüblər. Tibb bacıları alovu söndürməyə çalışarkən həkim heç nə etmədən küncdə baş verənləri seyr etməklə kifayətlənib.
Model hadisədən sonra klinikadan şikayət edib.
Nuranə Abbasova