Dünya şöhrətli aktrisa Ancelina Coli "WSJ” jurnalının yeni sayında rol alıb.
"Unikal" xəbər verir ki, aktrisa nəşrə müsahibəsində eks-həyat yoldaşı, aktyor Bred Pittdən boşanmasının nəticələrindən danışıb.
"Boşandıqdan sonra yaşamaq və sərbəst səyahət etmək qabiliyyətimi itirmişəm. İmkan düşən kimi köçəcəyəm", - deyə, Coli Kambocada yaşamaq istədiyini etiraf edib.
Aktrisa vurğulayıb ki, yenidən seçim qarşısında qalası olsaydı, aktrisalıq karyerasını seçməzdi: "İlk işə başlayanda bu qədər açıq və çox şey paylaşmalı olacağımı gözləmirdim".