Rusiyanın Ryazan vilayətinin Vısokoye kəndində ikimərtəbəli evin pəncərəsindən tapançadan atəş açan şəxsi saxlayarkən polis əməkdaşı öldürülüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb, atəş açan şəxs saxlanılıb.
Vilayət prokurorluğunun məlumatına görə, sözügedən 47 yaşlı şəxs olub: "Bu gün Ryazan vilayətinin Rıbnovski rayonu ərazisində Voloqda vilayətindən olan 47 yaşlı şəxs istintaq hərəkətləri zamanı müqavimət göstərib. Onlar ov tüfəngindən atəş açıblar, nəticədə polis əməkdaşı həlak olub".
Ağarza Elçinoğlu