Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Abışabad kəndi yaxınlığında qeydə alınıb. 

Belə ki, Fəxrəddin Fərəcovun idarə etdiyi “Mercedes-Benz” markalı minik avtomobili ilə Adil Abbasovun idarə etdiyi VAZ 2107 markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Daha sonra sürücü A.Abbasov da xəsarət aldığından xəstəxanaya müraciət edib.

Bununla da yol qəzasında yaralı sayı beşə çatıb.