Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də sürücü vəzifəsində çalışan 24 yaşlı Vüqar Rəsulov mədəkiçiltmə əməliyyatından sonra dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, yaxınlarının məlumatına görə, bir neçə gün əvvəl özəl xəstəxanalardan birində əməliyyat olunan Vüqar həkim göstərişinə əsasən yeməyi və suyu kiçik həcmdə qəbul etməli idi.

Lakin Vüqar əməliyyatdan sonra evdə valideyninə susadığını bildirib və çoxlu miqdarda maye qəbul edib. Mədənin yeni əməliyyat edildiyini nəzərə alaraq çoxlu su içməsinin ardınca Vüqarın halı pisləşib.

Valideyninin dediyinə əsasən, təcili tibbi yardım briqadası evə çağırılıb, lakin o, xəstəxanaya aparılarkən dünyasını dəyişib.

Vüqar Rəsulov Şəkidə dəfn olunub.