"Rusiya Ukraynanın əsas infrastruktur obyektlərinə zərbələr endirməyi planlaşdırır ki, bu da ölkəni darmadağın edəcək".
"Unikal" xəbər verir ki, bu fikri ABŞ Konqresinin keçmiş əməkdaşı, Avrasiya Araşdırmalar İnstitutunun analitiki Brendon Veykert "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.
Ekspertin fikrincə, ABŞ il yarım əvvəl Ukraynada atəşkəs əldə etmək üçün əlindən gələni etsəydi, hadisələrin bu inkişafının qarşısını almaq olardı.
O, hesab edir ki, indi rus ordusu "sadəcə Ukraynanı əzəcək".
Xatırladaq ki, 2022-ci il oktyabrın 10-dan, yəni Krım körpüsündə törədilən terror aktından iki gün sonra Rusiya Silahlı Qüvvələri Ukrayna infrastrukturuna zərbələr endirməyə başlayıb. O vaxtdan bəri hər gün Ukraynanın müxtəlif bölgələrində, bəzən hətta bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilir.
Gülayə Mecid