Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstan Prezidenti Katerina Sakellaropulu ilə ikitərəfli görüşü başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğanın “X” səhifəsində paylaşım edilib.

***13:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstana səfərə gedib.

"Unikal" xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

***09:03

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı üçün bu gün Yunanıstana rəsmi səfər edəcək.

"Unikal" xəbər verir  ki, Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Miçotakisin dəvəti ilə Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Beşinci Toplantısı üçün Afinaya yollanacaq. 

Bildirilir ki, Afinada prezident Ərdoğan və Yunanıstan baş nazirinin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçiriləcək şura iclasında Türkiyə-Yunanıstan münasibətləri bütün ölçülərdə nəzərdən keçiriləcək və iki ölkə arasında əməkdaşlığın yaxşılaşdırılması imkanları müzakirə olunacaq.  

Gülayə Mecid