Litva hakimiyyəti rus oliqarx Roman Abramoviçin iki övladının bu ölkənin vətəndaşı olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bunu respublikanın Daxili İşlər Nazirliyinin rəhbəri Aqne Bilotaite deyib.
Eyni zamanda, Bilotite vurğulayıb ki, Arkadi və Anna Abramoviç hələ Rusiyanın Ukraynaya hücumundan əvvəl pasport alıblar.
Məlumata görə, rusiyalı milyarder sərvətinin bir hissəsini sanksiyalardan qorumaq üçün övladlarının adına keçirib.
Gülayə Mecid