Kanada Rusiya brilyantlarının və almaz ziynət əşyalarının Rusiya Federasiyasından birbaşa idxalına qadağa tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat verib.
"Bu qadağanın G7 tərəfdaşlarımızla razılaşaraq həyata keçirilməsi Rusiyaya açıq siqnal göndərir: biz Rusiyanın almaz gəlirlərindən müharibəni maliyyələşdirmək üçün istifadəsinə dözməyəcəyik", - Coli bildirib.