Moskvanın 83 yaşlı sakini Susanna Tapaltsyan Rusiya prezidentindən onu övladlığa götürməsini istəyib.
"Unikal" xəbər verir ki, qadın bu tələblə Tversko rayon məhkəməsinə müraciət edib.
Onu bu addıma külli miqdarda olan borcları vadar edib. Bu barədə onun qızı Lusine Marqaryan açıqlayıb.
Onun sözlərinə görə, "Paros" kafesinin olduğu ərazi anasının əlindən qanunsuz olaraq alınıb və hüquqi xidmətin əvəzi olaraq anasının pensiya kartına 3 milyon borc yığılıb.
Ağarza Elçinoğlu