Şərur rayonunun Xanlıqlar kəndi ərazisində İran vətəndaşı Fathalizadeh Omidə məxsus 60AA251/60AA252 nömrə nişanlı "TIR" aşıb. 

"Unikal" xəbər verir ki, qəza nəticəsində yük ətrafa dağılıb. Hadisə nəticəsində sürücü yüngül xəsarətlər alıb. 

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. 

Faktla bağlı araşdırma aparılır.