Dubayda tikilməkdə olan penthaus rekord qiymətə alıcı tapıb.

"Unikal" xəbər verir  ki, 360 dərəcə hovuzu olan beş otaqlı mənzil 136 milyon dollara satılıb.  Terras 71 mərtəbəli iqamətgahın üst mərtəbəsində yerləşir. 

Hazırda inşası davam edən "Como Residence"nin 2027-ci ilin sonuna kimi tamamlanması gözlənilir. Penthausu alan şəxs daha 3 il gözləyəcək. Penthausu satan şirkət alıcının kimliyini açıqlamasa da, alıcının avropalı olduğunu bildirib.