8 aylıq sevgilisi Romain Qarvas ilə münasibətini bir müddət əvvəl bitirən dünya şöhrətli müğənni Dua Lipa son paylaşımı ilə insanları çaşdırıb.

"Unikal" xəbər verir ki, 10 milyon izləyicisi olduğu "X" hesabında telefon nömrəsini dərc edən britaniyalı müğənni "Mənə mesaj göndər" qeydini yazıb.

Paylaşılan nömrə qısa zamanda minlərlə insanın mesajları və zəngləri ilə dolub. 

Digər tərəfdən, paylaşılan nömrənin Dua Lipanın şəxsi xətti deyil, komandası tərəfindən idarə olunan bir mesaj cəmiyyəti olduğu iddia edilib.