Flaş: Misir Mərdanov istefaya göndərildi - YENİLƏNİB
Elə bu dəqiqələrdə Unikal.org-a etibarlı mənbələrdən sensasion xarakterli məlumat daxil olub. Məlumatda bildirilir ki, prezident İlham Əliyev təhsil naziri Misir Mərdanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, mənbəmiz məlumatın dəqiqliyində israr edir. Bu məlumatı saytımıza verən qaynağın kifayət qədər mötəbər şəxs olduğunu nəzərə alaraq, məlumatın doğruluq payının yüksək olduğuna əminlik ifadə edə bilərik.

Onu da nəzərə çatdıraq ki, mənbəbizim sözlərinə görə, Misir Mərdanovun tutduğu postdan azad edilməsi ilə bağlı sərəncamın ən gec gələn həftənin əvvəlində açıqlanacaq.

***
Unikal.org-a daxil olan son məlumata görə, nazir Misir Mərdanov iclas keçirib və nazirlik işçiləri ilə sağollaşıb. Bildirilir ki, artıq nazirin əşyalarının toplanılmasına başlanılıb.