Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlər tənzimlənib.

"Unikal" xəbər verir ki, bununla bağlı, Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimov fərman imzalayıb. Fərmana əsasən, Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin say həddi cəmi 91 ştat vahidi olmaqla, Agentlik Aparatının işçilərinin say həddi 47, regional bölmələrinin işçilərinin say həddi 44 ştat vahidi müəyyən edilib.

Agentliyin bu Fərmanın 1-ci hissəsinə əsasən, müəyyən edilmiş ştat vahidlərinin maliyyələşdirilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Agentlik Aparatının 25 ştat vahidi və regional bölmələrin 22 ştat  vahidi – 2023-cü il noyabrın 7-dən;

Agentlik Aparatının 22 ştat vahidi və regional bölmələrin 22 ştat  vahidi – 2025-ci il yanvarın 1-dən.

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi maliyyələşməni təmin etsin. Agentlik bu Fərmandan irəli gələn məsələləri həll etsin.