Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisinin Kremldə danışıqları başa çatıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, iki dövlət liderinin görüşü 5 saatdan çox davam edib.

Bundan əlavə, Peskov əlavə edib ki, danışıqlar zamanı həm ikitərəfli, həm də beynəlxalq mövzular, xüsusilə Fələstin-İsrail zonasındakı vəziyyət müzakirə edilib. 

*** 18:47

Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.

"Unikal" xəbər verir ki, tərəflər əsas beynəlxalq və regional mövzuları müzakirə etməyi planlaşdırırlar.