Moskvada Rusiya və İran liderləri arasında danışıqlar gedir.
"Unikal"
xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə dünən Əbu-Dabi və Ər-Riyad səfərindən qayıdarkən Tehrana səfər etmək istədiyini bildirib.
"Dünən bilirsinizmi, mən qonşu regionda idim. Mən birbaşa ölkənizin ərazisi üzərində uçdum. Tehrana enib görüşmək istədim, amma mənə dedilər ki, prezident Moskvaya uçacaq", - Putin bildirib.
Görüş zamanı İran prezidenti rusiyalı həmkarını cavab səfərinə dəvət edib.
Putin cavab verdi ki, dəvətdən mütləq yararlanacaq.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 6-da BƏƏ və Səudiyyə Ərəbistanına səfər edib.

Gültəkin Ələsgər