Türkiyəli aktyor Ekin Koçun yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Taş, kağıt, makas" serialında rol alacaq. O, layihədə aktrisa Serra Arıtürklə baş rolu paylaşacaq.
Qeyd edək ki, ekran işi "Kanal D" kanalında yayımlanacaq.