Amerika Rəng İnstitutu Pantone 2024-cü ilin əsas rəngi kimi narıncı rəngi seçib (Peach Fuzz).
"Unikal" xəbər verir ki, bu barədə qurum öz saytında məlumat yayıb.
İnstitutdan verilən məlumata görə, bu rəng daxili dincliyi, cəmiyyətə, birliyə və sosial əlaqələrə dərin ehtiyacı simvollaşdırır.
Pantone rəng palitrası və standartları hazırlayır, həmçinin brendlərə rəng seçimləri ilə bağlı məsləhətlər verir. İnstitutun əməkdaşları rəngin həyatın bütün sahələrinə necə təsir etdiyini öyrənirlər. Bütün il ərzində institutun əməkdaşları dünyada ən çox hansı çalarlardan istifadə olunduğunu müşahidə edirlər. Beləliklə, institut ilin rəngi olaraq artıq sınaqdan çıxmış rəngi irəli sürür.
Pantone-un icraçı direktoru Leatris Eizeman deyir ki, şaftalı rəngi insanların sağlamlığının, o cümlədən psixi sağlamlığının vacibliyini vurğulayır.
Pantone 25 ildir ilin rəngini seçir. 2023-cü ilin rəngi qırmızı (Viva Magenta), 2022-ci ilin rəngi isə bənövşəyi-qırmızının alt tonu olan mavi idi (Veri Peri).
Nuranə Abbasova