Kiyev Amerikanın iki aparıcı şirkəti ilə 155 mm-lik sursatın birgə istehsalına dair razılığa gəlib, lakin layihənin həyata keçirilməsi iki-üç il çəkəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin Rada telekanalının efirində danışıb.
Onun sözlərinə görə, Ukrayna tərəfinin iki aparıcı Amerika şirkəti ilə Ukraynada 155 millimetrlik döyüş sursatının birgə istehsalına dair müqavilələri var. O əlavə edib ki, layihələrin icrası bir neçə il, ən azı iki, maksimum üç il çəkəcək.
Kamışin vurğulayıb ki, Kiyevə tərəfdaşlarının malik olduğu texnologiyalar lazımdır.