Ermənistanda sahibsiz itlər keçmiş deputat Gevorq Petrosyana hücum edib.
"Unikal" xəbər verir ki, o bu barədə sosial şəbəkədə məlumat verib.
"Bir az əvvəl Nəbatat bağının yanında gəzərkən... Hakimiyyət sahibsiz itləri təcrid etmək barədə nə düşünür...”, - deyə Petrosyan qeyd edib.
Qeyd edək ki, Ermənistan son vaxtlar sahibsiz itlərin hücumu ilə bağlı həyəcan təbili çalır. Dünən Surenavan kəndində bir məktəbli itin hücumu nəticəsində ölüb.