Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu il ərzində İraq və Suriyanın şimalı da daxil olmaqla, ümumilikdə 2 min 32 terrorçu zərərsizləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ilin əvvəlindən indiyədək 119 terrorçu təslim olub.
Son bir həftə ərzində qanunsuz yollarla Türkiyə sərhədlərini keçməyə çalışan 212 nəfər saxlanılıb. Onların arasında terror qruplaşmalarının üzvləri də var.
İl ərzində sərhədi keçməyə cəhd göstərənlərin sayı isə 12 min 889 nəfərə yüksəlib. Onlardan 583-nün terror qruplaşmalarının üzvü olduğu müəyyən edilib.