İsrailin hərbi kabinetdə portfelsiz üzvü, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkotun oğlu Qal Meir Ayzenkot Qəzzada toqquşmalarda həlak olub.
"Unikal" xəbər verir ki, Ayzenkotun 25 yaşlı oğlu Qal Meir Ayzenkot Qəzzanın şimalındakı qarşıdurmalarda həlak olub.
Benni Qantsın rəhbərlik etdiyi Milli Birlik Partiyasından olan parlament üzvü Qadi Eizenkot 2015-2019-cu illər arasında İsrail Baş Qərargah rəisi vəzifəsində çalışıb.
İsrailin Qəzza zolağına qarşı başlatdığı quru əməliyyatında indiyədək 89 İsrail əsgəri həlak olub.