“Microsoft” prezidenti Bred Smit süni intellekt sahəsində əməkdaşlığı müzakirə etmək üçün Çin rəsmiləri ilə görüşüb.
"Unikal" xəbər verir ki, “Microsoft” ilə görüş Çinin öz iqtisadiyyatını canlandırmağa çalışdığını göstərir.
Smit və Çinin xarici işlər naziri Vanq Yi arasında baş tutan görüş Çin və ABŞ-nin potensial sahələrdə əməkdaşlıq etməyə çalışdığının göstəricisi kimi şərh olunur.
Bu addım həm də xarici biznes üçün mühiti yaxşılaşdırmaq istəyindən xəbər verir.
Ölkənin ticarət nazirliyindən verilən açıqlamaya görə, Vanq görüş zamanı Çinin xarici müəssisələrə daha yaxşı xidmət göstərməkdə qərarlı olduğunu bildirib.
Açıqlamada “Microsoft”un Çin və ABŞ arasında süni intellekt sahəsində əməkdaşlıqda konstruktiv rol oynayacağına ümid edildiyi bildirilib.