Ermənistanın baş naziri Nikol Paşinyan və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
"Ermənistan-Qazaxıstan ikitərəfli münasibətlərinin gündəliyi ilə bağlı məsələlər müzakirə edilib. İki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı maraq, iqtisadi və digər sahələrdə əməkdaşlıq potensialının reallaşdırılmasının zəruriliyi vurğulanıb.
Paşinyan Qazaxıstan prezidentini Ermənistan Respublikasına rəsmi səfərə dəvət edib. Qazaxıstan prezidenti dəvəti qəbul edib", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu