Uzun müddətdir səhnədə görünməyən gənc müğənni Aleyna Tilki sosial media hesabında diqqət çəkən açıqlama yayıb.
"Unikal" xəbər verir ki, Aleyna Tilki paylaşımında səhnəyə çıxmasının qarşısını aldığını açıqlayıb. Tilki açıqlamalarının sonunda sektorda heç bir həmrəylik görmədiyini, əksinə bloklandığını bildirib.
Aleyna Tilki təzyiqlərə məruz qaldığı məkanlarda konsert verməyə məcbur edildiyini və istədiyi məkanlarda çıxışının qarşısının alındığını da vurğulayıb.