Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Abbas Cəlil oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Digər sərəncamla, A.İsmayılov Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilib. Həmçinin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası A.İsmayılova həvalə edilib.