Böyük Britaniya Azərbaycan və Ermənistanın davamlı sülhə nail olmaq səylərini dəstəkləyir.
"Unikal" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti “X” hesabında yazıb.
“Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyətlərini təsdiqləyən bəyanatı çox ruhlandırıcıdır. Bu ölkələrə son səfərim zamanı vurğuladığım kimi, Britaniya ölkələrin tarixi və davamlı sülhə nail olmaq səylərini tam dəstəkləyir”, - o bildirib.