"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar və ya görüş nəzərdə tutulmayıb".
"Unikal" xəbər verir ki, bunu Ermənistan XİN-in sözçüsü Ani Badalyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşünü şərh edərkən bildirib.
Ararat Mirzoyan dekabrın 11-12-də Brüsseldə işgüzar səfərdə olacaq və o, dekabrın 11-də keçiriləcək Aİ Xarici Əlaqələr Şurasının iclasına dəvət olunacaq.
Həmin gün Ermənistan XİN rəhbəri, həmçinin, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirləri toplantısında iştirak edəcək.
İkitərəfli görüşlər də planlaşdırılır.