ATƏT Parlament Assambleyasının sədri Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaları alqışlayıblar.
"Unikal" xəbər verir ki, onlar Azərbaycan Prezidentinin Administrasiyası ilə Ermənistanın Baş Nazirinin ofisi arasında aparılmış danışıqların nəticələrini “bölgədə davamlı sülhə doğru atılan tarixi addım, hər iki ölkənin münasibətləri normallaşdırmaq və sülhə nail olmaq öhdəliyini nümayiş etdirmək" kimi qiymətləndiriblər.
“Mən Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında etimadın yaradılması istiqamətində atdığı bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Bu, gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün ilham olacaq”, - Kauma bildirib.