BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu brifinqdə BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
“Baş katib Azərbaycan və Ermənistanın birgə bəyanatını alqışlayır. BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək və xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”, - deyə sözçü qeyd edib.