Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın illər sonra Yunanıstan səfəri dünya mətbuatında geniş əks-səda doğurdu. Bununla yanaşı,  yunan mətbuatı Ərdoğanın 2 metrlik  mühafizəçisinə diqqət çəkib. 

"Unikal" xəbər verir ki, bu barədə Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Proto Thema” yazı dərc edib. 

KİV məqaləsində Türkiyə liderinin Afinadakı təmasları zamanı onu müşayiət edən uzunboylu mühafizəçi yer verib. 

"2 metrlik və bığlı mühafizəçi prezident Ərdoğan Afinadakı Eleftherios Venizelos hava limanına enən kimi gözünü ondan çəkmədi. Ərdoğan və heyətinin Afinada 7 saatlıq təması zamanı hər hansı gözlənilməz hadisənin qarşısını almaq üçün təhlükəsizlik yüksək səviyyədə idi".

Digər tərəfdən Yunanıstan mətbuatı Ərdoğanın səfəri üçün 47 silahın təsdiqləndiyini və onlardan 16-nın Ərdoğanın mühafizəçilərinə aid olduğunu yazıb.