Toy bıçaqlanan şəxslərin sayı 3-ə çatıb.
"Unikal" xəbər verir ki, bıçaqlanan şəxs 1992-ci il təvəllüdlü Əli Musayevdir.
***
22:55
Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək cinayəti müvafiq araşdırmalar aparıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov "Unikal"a bildirib ki, cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir
***
22:23
Gəncədə iki nəfər toyda bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində yerləşən şadlıq saraylarının birində qeydə alınıb. 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev və 1983-cü il təvəllüdlü Akif Rüstəmov toyda bıçaqlanıblar. Onlar xəstəxanaya yerləşdirliblər.
Xəstələrin yaraları tikilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Tural Əhmədov






.jpg)

.jpg)
.jpg)




.jpg)







.jpg)
.jpg)

























.jpg)








