Gəncədə 34 yaşlı qadın yaşadığı evdə intihar edib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Samilova Qəmər Xalid qızının meyiti yaşadığı evdən tapılıb.
Qadının hansı səbəbdən intihar etməsi məlum deyil.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov