"Azərbaycan Serbiyanın əsl dostudur. Biz Azərbaycanla işləməyə davam edəcəyik”.
"Unikal" xəbər verir ki, bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Niş (Serbiya) şəhərində Serbiya-Bolqarıstan qaz birləşdiricisinin işə salınma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
Serbiya Prezidenti vurğulayıb ki, yeni qaz interkonnektoru Serbiyaya Yunanıstanın Aleksandrupolis terminalı da daxil olmaqla 6-7 maye qaz (LNG) terminalına çıxış əldə etməyə imkan verir.